Tarixdə ikinci dəfə
24.10.2022 - 09:48
![Tarixdə ikinci dəfə](https://ww3.apasport.az/storage/news/2022/october/24/big/6356274dd3eb16356274dd3eb216665905416356274dd3eab6356274dd3eaf.jpg)
“Napoli” qələbə seriyasını 11-ə çatdırıb.
Apasport.az saytının məlumatına görə, neapollular İtaliya A seriyasının XI turunda “Roma”ya qalib gəlib.
1:0 hesablı qələbə klubun bütün turnirlər nəzərə alınmaqla ardıcıl 11-ci itkisiz matçı olub. Bu klub tarixində ikinci belə seriyadır. 1986-cı ildə “Napoli” Ottavio Vyankinin rəhbərliyi altında 11 dəfə qalib gəlib.
Qeyd edək ki, “Napoli” 11 turdan sonra 29 xalla A seriyasının lideridir.
0
0