Tarixi uğur - Fil Dişi Sahili ilk dəfə qrupdan çıxdı
26.06.2026 - 03:16
Tarixi uğur - Fil Dişi Sahili ilk dəfə qrupdan çıxdı

Fil Dişi Sahili millisi DÇ-2026-da tarixi nailiyyətə imza atıb.

Apasport.az xəbər verir ki, Afrika təmsilçisi mundial tarixində ilk dəfə qrupdan çıxıb. 

Fil Dişi Sahili bundan əvvəl qatıldığı 2006, 2010 və 2014-cü il dünya çempionatlarının hər birində qrup mərhələsində mübarizəni dayandırmışdı. Komanda yalnız 2026-cı ildə bu uğursuz seriyanı qıraraq 1/16 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Fil Dişi Sahili E qrupunda Almaniyadan sonra ikinci yeri tutaraq son 32 komanda sırasına düşüb.