Ter Ştegen "Barselona"dan ayrıla bilər
24.02.2024 - 15:25
"Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen komandasını dəyişə bilər.
Apasport.az xəbər verir ki, alman qapıçı Səudiyyə Ərəbistanı çempionatının adı açıqlanmayan klubu ilə danışıqlara başlayıb.
Tərəflər razılaşarsa, müqavilə yay "transfer pəncərəsi"ndə tamamlana bilər.
Mark-Andre 2014-cü ildən "Barselona"da oynayır. Tərəflər arasında mövcud müqavilə 2028-ci ilin yayında başa çatır. Qapıçının transfer qiyməti 35 milyon avro olaraq qiymətləndirilir. Bu mövsüm Ter Ştegen Kataloniya nəhəngi üçün 20 oyun keçirib və 28 qol buraxıb.
- ÇL: “İnter” məğlub oldu, “Atletiko”dan heç-heçə - YENİLƏNİB
- Rene Hiquita – Futbol tarixinin “dəli”si: “Əqrəb Zərbəsi” ilə Yazılan Tarix
- “Beşiktaş”ın müdafiəçi zədələndi - 1 ay oynamayacaq
- Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna yekun vurulub - FOTO
- "Neftçi"nin futbolçusu oynadı, yığması qələbə qazandı
0
0