Toni Kroos İtaliya yolunda
26.12.2023 - 21:46

"Yuventus" alman futbolçuya elçi düşüb.
Apasport.az xəbər verir ki, “qoca sinyora” yarımmüdafiəçi Toni Kroosla maraqlanır.
Artıq Madrid “Real”ı ilə danışıqlara strat verən italyanlar yanvarda 33 yaşlı təcrübəli futbolçunu heyətə qatmağı planlaşdırırlar. 2014-cu ildən “kral klubu”nun şərəfini qoruyan Kroosun komanda ilə razılaşması mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, bu mövsüm 23 görüşdə iştirak edən Toni Kroos 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ronaldo CBF prezidentliyinə namizəd olmaqdan imtina edib
- "Neftçi" avrokuboklara düşsə, bu heyətlə heç bir uğur qazana bilməyəcək" - Müsahibə
- Neymar yeni klubunu açıqladı - Braziliyada çıxış edəcək
- Vitor Pereyradan “Fənərbaxça”ya maraqlı jest
- “Neftçi”nin baş məşqçisinin burnunu sındırdılar - ŞOK VİDEO
0
0