Torreyra məşhur türk aktrisa ilə dünya evinə girir
22.11.2023 - 17:33
“Qalatasaray”lı Lukas Torreyra subaylığın daşını atmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, 27 yaşlı uruqvaylı futbolçu Türkiyənin məşhur aktrisalarından Devrim Özkana aşiq olub.
Milli komandanın da şərəfini qoruyan müdafiəyəmeyilli yarımmüdafiəçi sevgilisinə evlilik təklifi edib. Ötən il tanış olan cütlüyün mövsümün sonunda nigah masasına oturacağı iddia olunur. Hətta İstanbul və Uruqvayda olmaq üzrə iki toyun olacağı bildirilir.
Qeyd edək ki, fanatik “Qalatasaray”lı olan 25 yaşlı Devrim Özkan komandanın ev oyunlarını stadiondan canlı olaraq izləyir.
- “Qalatasaray” oyunlara SOCAR loqosu ilə çıxacaq
- "Neftçi" və "Qarabağ"ın XIII turdakı oyunlarına təyinatlar açıqlanıb
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə dan imtahanı keçirilib
- İslam Oyunları: Hidayət Heydərov 1/4 finalda
0
0