"Tottenhem" 4 futbolçusu ilə yollarını ayırıb
31.05.2025 - 14:18
"Tottenhem" 4 futbolçusu ilə yollarını ayırıb

İngiltərə təmsilçilərindən "Tottenhem" 4 futbolçusu ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fraser Forster, Serxio Requilon, Alfie Vitemanın başa çatan müqaviləsi yenilənməyib. İcarə əsasında komandada çıxış edən Timo Verner isə müqavilə ilə məxsus lduğu Almaniyanın "Leyptsiq" klubuna qayıdıb.

Qeyd edək ki, "Tottenhem" Avropa Liqasının finalında "Mançester Yunayted"ə qalib gələrək (1:0) turnirin qalibi olub.