
A Seriyası komandası olan "Atalanta"nın yarımmüdafiəçisi Ederson Lourenço İngiltərə Premyer Liqasının bir sıra təmsilçilərinin maraq dairəsinə düşüb.
Apasport.az xəbər verir ki, 24 yaşlı futbolçu üçün "Liverpul", "Mançester Yunayted" və "Nyukasl" mübarizə aparır. "Atletiko Madrid" və "Yuventus" da braziliyalını almaqda maraqlıdır.
Ancaq yarımmüdafiəçi ilə müqavilə bağlamaq asan olmayacaq, çünki “Atalanta”nın Thoen Kopmijernsı satacağı gözlənilir, klub eyni vaxtda iki mühüm yarımmüdafiəçi ilə yolları ayırmaq istəmir.
Qeyd edək ki, "Transfermarkt" Ederson Lourençonun dəyərini 30 milyon avro olaraq qiymətləndirir.
- Qurban Qurbanov: “Özlərində güc tapdılar və mübarizə apara bildilər”
- Belajdi Pusi: "Növbəti matçlarımızı da qələbə ilə başa vursaq..." - Müsahibə
- Lovren yenidən Fransaya qayıtdı
- "Qarabağ" - "Ayaks" matçının biletləri bu gün satışa çıxarılacaq
- Mundialların unikal “11-liy”i - moizəçi, poçtalyon, alkaş, yazıçı...