"Tottenhem" istədi, "Arsenal" nöqtəni qoydu
21.08.2025 - 14:16
Premyer Liqa təmsilçisi "Arsenal" "Kristal Pelas"ın futbolçusu Ebereçi Eze ilə razılığa gəlib.
Apasport.az xəbər verir ki, uzun müddətdir "Tottenhem"in yaxından maraqlandığı, hətta rəsmi təklif belə göndərdiyi ingiltərəli yarımmüdafiəçi öz seçimini "topçular"dan yana edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
London təmsilçisi 27 yaşlı oyunçu üçün 60 milyon funt sterlinq ödəyəcək.
Qeyd edək ki, Ebereçi Eze İngiltərə millisinin üzvüdür.
- "Barselona"nın futbolçusu "Qalatasaray"ın radarında
- Lyuba Baranin: “Mən hər zaman Azərbaycan futboluna baxıram, məlumatlıyam” - MÜSAHİBƏ
- “Qarabağ” və “Mançester Siti” dünya rekorduna şərik oldu
- "Mançester Siti" ulduz futbolçusu ilə yollarını ayıra bilər
- Azərbaycanlı hakim-inspektor Konfrans Liqasının oyununa təyinat alıb
0
0