“Tottenhem” Kuluşevskini saxlamaq istəyir
15.06.2023 - 20:39

Deyan Kuluşevski “Tottenhem”dəki karyerasını davam etdirə bilər.
Apasport.az saytı xəbər verir ki, isveçli futbolçu son mövsümü icarə əsasında London klubunda çıxış edib.
“Yuventus”a Kuluşevskiyə görə 35 milyon avro tələb edir. Amma londonlular bu rəqəmin endirilməsi üçün Turin klubundan cavab gözləyirlər. Kuluşevski özü də karyerasını İngiltərədə davam etdirməyə qarşı deyil.
Qeyd edək ki, Deyan 2022/23 mövsümündə bütün turnirlərdə 37 matçda iki qol və səkkiz ötürmə ilə yadda qalıb.
- Azərbaycan Prezidenti: “Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar”
- Güləşçimiz 4 illik diskvalifikasiya olunub
- Millilərimiz Avropa çempionatında yarımfinal oyunlarına çıxacaqlar
- Xavi: "Barselona" PSJ-dən daha yaxşı idi"
- “Arsenal” hücumçusunu PSJ-yə təklif etdi
0
0