"Tottenhem" Ndombele ilə müqaviləni ləğv etdi
12.06.2024 - 17:57
!["Tottenhem" Ndombele ilə müqaviləni ləğv etdi](https://ww3.apasport.az/storage/news/2024/june/12/big/6669a98c77db96669a98c77dba17182007166669a98c77db66669a98c77db8.jpg)
Premyer Liqa klublarından "Tottenhem" yarımmüdafiəçisi Tanquy Ndombele ilə müqaviləni ləğv edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Klubdan verilən açıqlamada Ndombelenin 2025-ci ildə başa çatacaq müqaviləsinə xitam verildiyi bildirilib.
Ndombele 2019-cu ilin yayında "Lion"dan Premyer Liqa klubuna keçib.
Ümumilikdə, "Tottenhem" forması ilə 91 oyuna çıxan fransız 10 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Ndombele 2023/24 mövsümünü icarə əsasında "Qalatasaray"da keçirib.
0
0