"Tottenhem"in kapitanı Kristian Romero karyerasını La Liqada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Atletiko" argentinalı müdafiəçini transfer etmək istəyir.
Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Madrid klubunun baş məşqçisi Dieqo Simeonu hemyerlisini komandasında görmək istəyir. 27 yaşlı mərkəz müdafiəçisi özü də yayda klubdan ayrılmaq qərarı alıb.
Qeyd edək ki, Kristian Romero 2021-ci ilin yayından "Tottenhem"də çıxış edir. Argentina millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Stolüstü tennisçilərimiz növbəti təlim-məşq toplanışında
- “Empoli”nin baş məşqçisi bəlli oldu
- Qar voleybolu üzrə Azərbaycan çempionatına start verilib
- Nazir: "Legionerlərin sayını azaltmaq üçün federasiyalarla qarşılıqlı işləyirik" - Müsahibə
- "Sumqayıt”ın oyunçusu: "Onun rəhbərliyi altında inkişaf edirik”