Totti karyerasını bitirdi - Menecerliyə başladı
29.07.2025 - 13:11
Françesko Tottinin oğlu Kristian Totti karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, o, 19 yaşında peşəkar futbolla vidalaşıb.
Bunu gənc oyunçunun özü açıqlayıb.
O, bu qərarda sosial mediada məruz qaldığı təzyiqin rol oynadığını bildirib. Həmçinin Kristian atasının soyadını daşımağın ağırlığına tab gətirə bilmədiyini söyləyib.
Əfsanəvi futbolçunun oğlu karyerasını menecer kimi davam etdirəcək. O, atasının qurduğu Totti Futbol Akademiyasında fəaliyyət göstərəcək.
Qeyd edək ki, Kristian "Roma"nın U-17 ve U-18 komandalarında, həmçinin "Frosinone" klubunda çıxış edib.
- Paris-2024: Ruslan Lunyov finala vəsiqə qazana bilməyib - YENİLƏNİB
- Hakimlərimiz Azərbaycanı beynəlxalq arenada təmsil edəcəklər
- Avropa birinciliyində rekord vuran milli komandamız Bakıya qayıtdı - FOTOLENT
- Fransalı hücumçu “Fənərbaxça”nın radarında
- Elmar Baxşıyev: "Futbolçunun başı yarılmalıdır ki, penalti verilsin?"
0
0