“Trabzonspor” Orşiçlə yollarını ayırdı
21.12.2024 - 21:55
![“Trabzonspor” Orşiçlə yollarını ayırdı](https://ww3.apasport.az/storage/news/2024/december/21/big/67670159b1fb067670159b1fb1173480380167670159b1fae67670159b1faf.jpeg)
"Trabzonspor"da ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, klub Mislav Orsiçlə yollarını ayırıb.
Bunu "bordo-mavililər"in mətbuat xidməti açıqlayıb. Tərəflər müqaviləyə qarşılıqlı şəkildə xitam veriblər.
Qeyd edək ki, "Southempton"dan 2,4 milyona transfer olunan futbolçunun "Trabzonspor"la müqaviləsi yaya qədər idi.
0
0