"Trabzonspor"dan AEK-ə: ZUBKOV YUNANISTAN ÇEMPİONUNA KEÇDİ
03.06.2026 - 21:10
"Trabzonspor"dan AEK-ə: ZUBKOV YUNANISTAN ÇEMPİONUNA KEÇDİ

AEK hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, klub "Trabzonspor"dan Aleksandr Zubkovu transfer edib.

Bu barədə Yunanıstan çempionunun mətbuat xidməti məlumat yayıb.

Türkiyə klubu keçiddən 4,5 milyon avro gəlir əldə edəcək. 29 yaşlı vinger Yunanıstan klubu ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Zubkov "Trabzonspor"un heyətində meydana çıxdığı 37 rəsmi matçda 4 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.