“Trabzonspor”dan Muçi qərarı - REKORD TRANSFER
21.05.2026 - 10:09
“Trabzonspor”dan Muçi qərarı - REKORD TRANSFER

“Trabzonspor” “Beşiktaş”dan icarəyə götürdüyü Ernest Muçi ilə bağlı qərar verib.

Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisi albaniyalı futbolçunun transfer hüquqlarını tam şəkildə əldə edib.

Bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.

Qara dəniz təmsilçisi 25 yaşlı yarımmüdafiəçi üçün klub tarixinin ən yüksək transfer məbləği olan 8,5 milyon avro ödəyib.

Qeyd edək ki, “Trabzonspor” Ernest Muçini mövsümün əvvəlində “Beşiktaş”dan icarəyə götürmüşdü. Albaniya millisinin üzvü Qara dəniz klubunun heyətində meydana çıxdığı 34 rəsmi matçda 15 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.