"Trabzonspor"un sabiq futbolçusu Fransaya gedib
19.07.2024 - 21:52
"Trabzonspor"dan ayrılan Toma Mönyenin yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, belçikalı futbolçu karyerasını Fransada davam etdirəcək.
Mönye "Lill"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu Liqa 1 təmsilçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, müdafiəçi "Trabzonspor"un heyətində meydana çıxdığı 19 rəsmi matçda 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ülvi İsgəndərov: "Qarşıdakı matç ən çətin oyunlardan biri olacaq" - Müsahibə
- Dünya çempionatında bu da oldu
- İki Premyer Liqa klubu "Yuventus"un yarımmüdafiəçisi ilə maraqlanır
- Rəşad Sadıqov: “Bu gün buradan məğlub hissi ilə ayrılmıram”
- Ayxan Abbasov milliyə, Aqil Nəbiyev U21-ə: AFFA-ya qardaş məsləhəti
0
0