"Turan Tovuz"dan ayrıldı, Rusiyaya qayıtdı - Samokun yeni klubu bəlli oldu
09.07.2026 - 15:53
"Turan Tovuz"dan ayrılan Sergey Samokun yeni klubu müəyyənləşib.
Apasport.az xəbər verir ki, rusiyalı qapıçı karyerasını ölkəsində davam etdirəcək.
25 yaşlı qolkiper Moskva təmsilçisi "Veles"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Samok I Liqa klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Sergey Samok 2024-cü ilin yayından "Turan Tovuz"da çıxış edirdi. O, 2025/26 mövsümündə Premyer Liqada 11 oyunda meydana çıxıb və qapısında 10 qol görüb.
- Azərbaycan Karate Federasiyasında yeni təyinat - Prokuror vitse-prezident oldu
- “Neftçi”nin baş məşqçisiz qalması bizim üçün üstünlük ola bilər”
- MPL: Mövsümün ilk turunun təyinatları açıqlanıb
- AMADA UEFA Gənclər Liqasında mübarizə aparacaq "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
- “Bir xal 80 faizə bərabərdir” - MÜSAHİBƏ
0
0