Türk futbolçu “Bayern”i tərk edir
03.07.2024 - 15:33
“Bayern Münhen” gənc istedadlarından Yusuf Kabadayı ilə yollarını ayırır.
Apasport.az xəbər verir ki, 20 yaşlı türkiyəli futbolçu “Auqsburq”un heyətinə qoşulacaq.
Bu transferdən “Bayern”in büdcəsinə 900 min avro ödəniş daxil olacaq.
Yusuf Kabadayının “Auqsburq”la müqavilə müddəti 2028-ci ilə qədər nəzərdə tutulub. Sol cinah vingeri “Bayern”in yetirməsidir və “Auqsburq”a Münhen təmsilçisinin ikinci komandasından transfer ediləcək.
Qeyd edək ki, Kabadayı əslən türkiyəli olsa da, hələ ki milli komanda seçimini etməyib.
- “Turan Tovuz”un forvardı qırılan işıq dirəyi ilə bağlı: “Tək sevindirici hal…” - Müsahibə
- Elşad Əhmədov: “Xankəndi şəhərində elə “Xankəndi” komandası yaradılmalıdır” - Müsahibə
- “Kəpəz”in sabiq futbolçusu vəfat etdi
- Boksçularımızın “Strandja” turnirində ilk rəqibləri bəlli oldu
- Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarılıb
0
0