Türk futbolçu karyerasını “Benfika”da davam etdirə bilər
25.12.2024 - 17:35
Portuqaliya Liqası təmsilçilərindən “Benfika” qışda heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub Türkiyənin “Fənərbaxça” komandasında çıxış edən İsmail Yüksek ilə maraqlanır.
Portuqallar oyunçu üçün “sarı-lacivərdlilər”ə 10 milyon avro təklif edəcək.
Bu transfer reallaşarsa, İsmail “Benfika”da forma geyinən 3-cü türk olacaq. Hazırda Kerem Aktürkoğlu və Orkun Kökçü Portuqaliya klubunda çıxış edir.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi 2020-ci ildə “Fənərbaxça”ya transfer olunmuşdu.
- “Sumqayıt” – “Sabah” oyununun hakimləri açıqlandı
- Domeniko Tedesko: “Azərbaycan önə keçsə, hər şey başqa cür olacaq” - MÜSAHİBƏ
- Azərbaycan bədii gimnastları Dünya Kubokunda iştirak edəcəklər
- Mən sənin yaşında olanda... - Messi və Ronaldo Yamalın kölgəsində
- "Qarabağ"ın rəqibinin oyunçusuna adadan elçilər
0
0