
UEFA Gürcüstan Futbol Federasiyasını cərimələyib.
Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Buna atəşfəşanlıq və azarkeşlər arasında dava səbəb olub.
Gürcüstan Futbol Federasiyası (GFF) Almaniyada təşkil edilən AVRO-2024-ün qrup mərhələsinin Türkiyə millisi ilə oyununda (1:3) gürcü azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi və iğtişaş törətməsi səbəbindən 36,25 min avro cərimələnib.
Portuqaliya ilə görüşdə (2:0) isə azarkeşlər meydana çıxıb və pirotexniki vasitələrdən istifadə ediblər. GFF buna görə daha 9,75 min avro cərimələnib. Beləliklə, ümumi məbləğ 46 min avro olub.
Qeyd edək ki, Türkiyə və Gürcüstan millilərinin qarşılaşmasından sonra qardaş ölkənin yığma komandası atəşfəşanlığa görə 9,75 min avro, azarkeşlər arasında davaya görə isə 25 min avro cəzalandırılıb.
- "Milli Aviasiya Akademiyası" bürünc medalın sahibi olub
- "Fənərbaxça" Amrabat üçün İtaliya klubuna rəsmi təklif göndərib
- Aydın Bayramov: “VAR kamerası hər şeyi aydın göstərir” - MÜSAHİBƏ
- “Kəpəz” darmadağın oldu, "Qarabağ"dan səfər qələbəsi - YENİLƏNİB
- "Valensiya" heyətini yeni futbolçu ilə gücləndirib