Türkiyə Futbol Federasiyasında yeni təyinat
23.07.2024 - 15:39
Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Şurasına yeni təyinat olub.
Apasport.az xəbər verir ki, Ferhat Gündoğdu şuranın yeni rəhbəri seçilib.
O, əvvəl də bu vəzifəni icra edib. 2021-ci ildə cəmi 6 ay çalışdıqdan sonra uzaqlaşdırılıb.
Ferhat Gündoğdu Ankara Universitetində idmanın idarəedilməsi ixtisası üzrə həm magistr, həm də doktorantura təhsili alıb.
Qeyd edək ki, Mərkəzi Hakimlər Şurasının əvvəlki sədri Ahmet İbanoğlu 2 gün əvvəl şuranın digər üzvləri ilə birgə istefa verib.
- UEFA FİFA-ya ultimatum verdi: Dünya çempionatı satılsa…
- Messi mundial tarixini dəyişir: Qolların 24 faizi ona məxsusdur
- Şahin Diniyev: "Avstriya və Azərbaycan futbolu arasında yerlə göy qədər fərq var" - MÜSAHİBƏ
- İkardiyə ölkədən çıxış qadağası - Vanda Nara şikayət edib
- AFFA Gənclər Liqasının qalibləri mükafatlandırıldı
0
0