Türkiyə klubları israilli futbolçulara görə cərimələndi
26.01.2024 - 12:22
![Türkiyə klubları israilli futbolçulara görə cərimələndi](https://ww3.apasport.az/storage/news/2024/january/26/big/65b3642ee0bbd65b3642ee0bbe170625540665b3642ee0bbb65b3642ee0bbc.jpg)
"Antalyaspor" və "Başakşehir" israilli futbolçularının davranışlarına görə cəzalandırılıb.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının nizam-intizam komitəsi qərar çıxarıb.
Federasiyadan verilən açıqlamaya görə, “Antalyaspor” və “Başakşehir” klubları “ideoloji təbliğat”a görə hər biri 97 min 500 lirə məbləğində cərimələnib.
Saqiv Yehezkel və Eden Karzevin İsrail-Fələstin münaqişəsində öz ölkələrini dəstəkləməsi buna səbəb olub.
Qeyd edək ki, hər iki futbolçu İsrailə qayıdıb.
0
0