Türkiyə klubu Azərbaycan millisinin futbolçusunu istəyir
31.07.2024 - 11:03
![Türkiyə klubu Azərbaycan millisinin futbolçusunu istəyir](https://ww3.apasport.az/storage/news/2024/july/31/big/66a9e1c19bc5166a9e1c19bc52172240940966a9e1c19bc4f66a9e1c19bc50.jpg)
Millimizin futbolçusu Renat Dadaşov karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, I Liqa təmsilçisi "Erzurumspor"un istəyi hal-hazırda "Hatayspor"u təmsil edən 25 yaşlı hücumçunu heyətinə qatmaqdır.
Artıq Renatı icarəyə götürmək üçün İsveçrənin "Qrasshopper" klubu ilə danışıqlara da başlanıb.
0
0