Türkiyə kuboku: “Qalatasaray” çempion
14.05.2025 - 23:42

Bu gün Türkiyə Kubokunun final oyunu keçirilib.
Apasport.az xəbər verir ki, həlledici qarşılaşma “Trabzonspor” və “Qalatasaray” komandaları arasında baş tutub.
Viktor Osimhenin dublu və Barış Alper Yılmazın vurduğu qol sayəsində “sarı-qırmızılılar” matçdan 3:0 hesabı ilə qalib ayrılıblar.
Qeyd edək ki, bu qələbə sayəsində İstanbul təmsilçisi tarixində 19-cu dəfə bu titula sahib olub.
Türkiyə kuboku
Final
21:45. "Trabzonspor" – "Qalatasaray" - 0:3
Qollar: Barış Alper Yılmaz 5, V. Osimhen, 46, 63
0
0