Türkiyə kubokunun final oyununun baş hakimi bəlli olub
22.05.2024 - 13:18
Ziraat Türkiyə Kubokunda "Beşiktaş" - "Trabzonspor" matçını idarə edəcək hakimin adına aydınlıq gətirilib.
Apasport.az Türkiyə Futbol Federasiyasına istinadla xəbər verir ki, qarşılaşmanı Ali Şansalan idarə edəcək.
Serkan Ok və Serkan Olgucan Ali Şansalanın köməkçiləri olacaq. Dördüncü hakim funksiyasını Burak Pakkan yerinə yetirəcək .
Qeyd edək ki, Türkiyə kubokunun finalı sabah Atatürk Olimpiya Stadionunda oynanılacaq.
- "Mançester Siti" Silvanın qiymətini açıqladı
- III MDB Oyunlarında iştirak edəcək Rusiya nümayəndə heyətinin ilk qrupu Azərbaycanda
- “Tottenhem” yeni mövsümdə ÇL-də oynaya bilməyəcək - SƏBƏB
- Elçin Məmmədov "Fənərbaxça" - "Mançester Yunayted" matçına təyinat alıb
- Eddi İsrafilovun durumuna aydınlıq gəldi
0
0