Türkiyə Kubokunun finalının məkanı dəyişdirildi
25.04.2025 - 23:26
Türkiyə Kubokunun finalının məkanı dəyişdirildi

Futbol üzrə Türkiyə Kubokunun final matçının məkanı dəyişdirilib.

Apasport.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Turnirin həlledici oyunu Qaziantep Şəhər Stadionunda keçiriləcək.

Xatırladaq ki, daha öncə finalın Eskişehirdə keçirilməsi planlaşdırılırdı.

Qeyd edək ki, Türkiyə Kubokunun finalında "Qalatasaray"la "Trabzonspor" üz-üzə gələcək.