Türkiyə millisində baş məşqçi dəyişikliyi olacağı dəqiqləşib.
Apasport.az saytı xəbər verir ki, Stefan Kuntzla Türkiyə Futbol Federasiyasının rəhbəri Mehmet Büyükekşi arasında görüş olub.
Görüş zamanı 60 yaşlı alman mütəxəssisin millidəki fəaliyyəti müzakirə edilib. Xüsusilə AVRO-2024-ün seçmə mərhələsinin Ermənistanla (1:1) ev oyunundakı bərabərlik və yoldaşlıq görüşündə Yaponiyaya böyük hesablı məğlubiyyət (2:4) ciddi narazılıqlara səbəb olub. Türkiyə mediasının xəbərinə görə, Federasiya rəhbərliyi bütün bu uğursuzluqları nəzərə alaraq, məşqçi ilə yolları ayırmağa qərar verib.
Qeyd edək ki, Stefan Kunts 2021-ci ilin sentyabrından Türkiyə millisinin sükanı arxasında idi.
- Fernandu Santuş: “İndi daha vacibi rəqibləri yaxından tanımaqdır”
- Futbolçu və baş məşqçi kimi dünya çempionu olanlar - SİYAHI
- Millimizin baş məşqçisi: “Bunu üzərinə götürəcək oyunçumuz yoxdur”
- "Siti" "Real"ın futbolçusu ilə maraqlanır
- Tərlan Əhmədov: "Bəzi oyunçular artıq “Qarabağ”da oynamaqdan doyublar”