![Türkiyə millisində baş məşqçi ilə bağlı QƏRAR](https://ww3.apasport.az/storage/news/2022/september/26/big/63314382b78b063314382b78b1166417293063314382b78aa63314382b78ad.jpg)
Türkiyə millisi baş məşqçi dəyişikliyi etməyəcək.
Apasport.az saytının məlumatına görə, bunu Türkiyə Futbol Federasiyasının rəsmisi Hamit Altıntop açıqlayıb.
Sabiq futbolçu bildirib ki, almaniyalı çalışdırıcı Ştefan Kuntz postunda qalacaq: “Milli komandada hər hansı bir dəyişiklik olmayacaq. Bunu yığmaya cavabdeh olan şəxs kimi deyirəm. Baş məşqçi ilə yollarımızı davam etdirəcəyik. Ümid edirəm ki, bundan sonra söz-söhbətlər dayanacaq”.
Qeyd edək ki, Kuntz ötən ilin sentyabrından Türkiyə millisini çalışdırır. “Ay-ulduzlular” Millətlər Liqasının C liqasında yer aldığı qrupu 1-ci pillədə başa vuraraq, B liqasına yüksəlib.