“Beşiktaş”ın futbolçusu Semih Kılıcsoy Türkiyə millisinə dəvət olunacaq.
Apasport.az yerli mətbuata istinadla xəbər verir ki, 18 yaşlı gənc futbolçu “ay-ulduz”lu komandanın baş məşqçisi Vinçenso Montellanın diqqətini çəkə bilib.
İstanbul klubunun xüsusilə son oyunlarında tez-tez qol vuran forvardın Türkiyə millisinin qarşıdakı oyunlarına çağırılacağı bildirilir. Qardaş ölkənin milli komandasında son vaxtlar hücumçu probleminin olduğunu nəzərə alsaq, deməli Semih özünü yaxşı tərəfdən göstərə biləcəyi təqdirdə, AVRO-2024-də milli komandanın heyətində yer almaq şansına malik olacaq.
Qeyd edək ki, bu mövsüm “Beşiktaş” forması ilə 15 matça çıxan Kılıcsoy aktivinə 6 qol və 1 məhsuldar ötürmə yazdırıb.
- Fransa millisində 50 ildən sonra ilk – 31 yaşında debüt çağırışı
- Ramin Musayev: “Allahdan asılıyıq, day-dayımız AFFA-dır”
- Rafael Leao "Fənərbaxça" yolunda – Maaş və bonuslar açıqlandı
- Mahir Emrelinin Bundesliqadakı taleyi bəlli oldu - ÖZƏL
- Gerye Qurbanovun sirlərini açdı: “Ağdamdakı səs yazısını işə saldı və ...” - MÜSAHİBƏ