Türkiyə millisinin futbolçusu Bundesliqa klubuna keçib
02.07.2024 - 12:18
![Türkiyə millisinin futbolçusu Bundesliqa klubuna keçib](https://ww3.apasport.az/storage/news/2024/july/02/big/6683b6491f28f6683b6491f29017199079136683b6491f28d6683b6491f28e.jpg)
Türkiyə millisinin üzvü Can Uzunun Bundesliqa klubuna transferi başa çatıb.
Apasport.az xəbər verir ki, türkiyəli futbolçu "Ayntraxt Frankfurt"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
O, daha əvvəl Bundesliqa 2-də mübarizə aparan “Nürnberq”in heyətində çıxış edirdi. Bundesliqa 2-də 33 dəfə çıxış edən türkiyəli 16 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0