Türkiyə millisinin heyətində ciddi itki
11.11.2024 - 13:16
![Türkiyə millisinin heyətində ciddi itki](https://ww3.apasport.az/storage/news/2024/november/11/big/6731d4d6c96f86731d4d6c96f917313189986731d4d6c96f66731d4d6c96f7.jpg)
Türkiyə millisinin və “Fənərbaxça”nın üzvü Çağlar Söyüncü zədələnib.
Apasport.az xəbər verir ki, türkiyəli oyunçu Super Liqanın XII turunda “Sivasspor”la (4:0) matçın birinci hissəsində zədələnərək meydanı tərk edib.
Çağların son durumu tibbi müayinədən sonra bilinəcək.
Qeyd edək ki, Türkiyə noyabrın 16-da Uelslə, noyabrın 19-da səfərdə Monteneqro ilə qarşılaşacaq.
0
0