![Türkiyə millisinin üzvü Premyer Liqada tarix yazıb](https://ww3.apasport.az/storage/news/2025/january/13/big/6784b2b7bec536784b2b7bec5417367497516784b2b7bec4a6784b2b7bec52.jpg)
İngiltərə Kubokunda "Mançester Yunayted" "Arsenal"la qarşılaşıb.
Apasport.az xəbər verir ki, əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın nəticəsi penaltilər seriyasında bəlli olub.
Belə ki, "qırmızı şeytanlar" bu mərhələdə "topçular"ı 5:3 hesabı ilə məğlub edib.
Türkiyə millisinin və "Mançester Yunayted"in qapıçısı Altay Bayındır matçdakı çıxışı ilə Premyer Liqada tarix yazıb.
Oyuna əsas heyətdə başlayan Altay biri əsas vaxtda olmaqla, 2 penalti dəf edərək 10 nəfər qalan komandasını növbəti mərhələyə daşıyıb.
Digər tərəfdən, Altay Bayındır 2013-2014-cü ildən bəri İngiltərə Kuboku matçında əsas vaxtda və penaltilər seriyasında penaltini dəf edən ilk Premyer Liqa qapıçısı olub.