Türkiyədə Azərbaycan derbisi - VİDEO
11.02.2024 - 23:57
![Türkiyədə Azərbaycan derbisi - VİDEO](https://ww3.apasport.az/storage/news/2024/february/11/big/65c922adeecd465c922adeecd5170768042965c922adeecd265c922adeecd3.jpg)
Türkiyədə birinci liqanın 22-ci turunun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor"u qəbul edib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hər iki futbolçumuz meydana start heyətində daxil olub.
Vüsal 62-ci, Ramil isə 80-ci dəqiqədə əvəzlənib.
"Kocaelispor" 43 xalla 3-cü, "Boluspor" isə 33 xalla 8-ci pillədədir.
0
0