Türkiyəli futbolçu 6 ay forma geyinməyəcək
12.09.2024 - 09:17
![Türkiyəli futbolçu 6 ay forma geyinməyəcək](https://ww3.apasport.az/storage/news/2024/september/12/big/66e279db9a79866e279db9a799172611836366e279db9a79666e279db9a797.jpeg)
“Torino”nun futbolçusu Emirhan İlkhan əməliyyat olunacaq.
Apasport.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi sol çarpaz bağından əməliyyat ediləcək.
20 yaşlı futbolçunun azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Emirhanın “Torino” ilə müqaviləsi 2026-cı ilin yayına kimidir. Daha əvvəl “Sampdoriya” və “Başakşəhər”də icarədə olan yarımmüdafiəçi Turin klubunda cəmi 4 oyuna çıxıb.
0
0