Türkiyəli futbolçu “Fənər”dən ayrıla bilər
13.03.2025 - 01:35

Türkiyə Super Liqası təmsilçilərindən "Fənərbaxça"nın üzvü Oğuz Aydın yayda komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, futbolçu ilə "Ayaks", "Roma" və "Marsel" klubları yaxından maraqlanır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Sarı-lacivərdlilər" oyunçu üçün 15 milyon avro tələb edir.
Xatırladaq ki, İstanbul təmsilçisi Oğuzu ötən mövsüm "Alanyaspor"dan 6 milyon avroya transfer etmişdi.
Qeyd edək ki, 24 yaşlı türkiyəli bu mövsüm "Fənər"in heyətində meydana çıxdığı 18 rəsmi matçda 5 qol, 6 assistlə yadda qalıb.
0
0