Türkiyəli jurnalist Bışar Özbey keçmiş futbol hakimi Ahmet Çakarı məhkəməyə verib.
Apasport.az xəbər verir ki, Özbey bu barədə şəxsi sosial media hesabında açıqlama yayıb.
Onun sözlərinə görə, 31 may 2026-cı il tarixinədək qüvvədə olan müqaviləyə əsasən, Ahmet Çakar yalnız BTV kanalında həftədə üç proqramda iştirak etməli idi.
Lakin 8 avqust 2025-ci ildə Çakarın məlumat verilmədən “A Spor” yutub kanalında verilişə başladığı bildirilib. Daha sonra isə o, “Neospor” kanalında da proqram aparmağa başlayıb.
Bışar Özbey Çakarın bu addımı ilə müqavilə öhdəliklərini pozduğunu və bir illik əvvəlcədən ödənilmiş maaşı geri qaytarmaqdan imtina etdiyini açıqlayıb.
Bununla əlaqədar jurnalist bəyan edib ki, Ahmet Çakar barəsində “dələduzluq” və “etimadı sui-istifadə” ittihamları ilə hüquq-mühafizə orqanlarına müraciət ediləcək, həmçinin maddi təzminat tələbi ilə məhkəmə iddiası qaldırılacaq.
- "El Klasiko"nun heyəti açıqlandı
- A millinin üzvləri uşaq evində
- Sərxan Hacıyev: “Yerli məşqçi təyinatı ilə bağlı məlumat veriləcək”
- Rati Ardazişvili: "Aptsiauri “Kəpəz”də Toni Kroos kimi ola bilər, çünki bu cür bacarığı var"
- “Azərlotereya”nın “Sürətli Şans” lotereyasında 2 nəfər “Toyota Corolla” qazanıb