Tuxel Ronaldonu bəyənmədi
14.07.2022 - 16:22
“Çelsi”nin baş məşqçisi Tomas Tuxel “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonu transfer etməkdən imtina edib.
Apasport.az xəbər verir ki, bu barədə məşhur italiyalı jurnalist Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, portuqaliyalı superulduzun meneceri Xorxe Mendeş “zadəganlar”ın sahibi Todd Boeli ilə danışıqlar aparsa da, son sözü almaniyalı mütəxəssis deyib. Tuxelin imtinasından sonra londonlular diqqətini başqa hücumçulara yönəldəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanından bir klub Kriştiano Ronaldoya illik 120 milyon avro maaş təklif edib.
- “Qarabağ” “Real”ın prezidentini haqlı çıxardı
- Ayxan Abbasov: "Çempionatda ən vacib qələbələrdən birini qazandıq"
- Mehmet Ak: "Türkiyə və Azərbaycan futbol federasiyaları daha geniş işbirliyi etməlidir" - Müsahibə
- Millimiz Yunanıstanla heç-heçə etdi - YENİLƏNİB
- Məmməd Quliyev Tayland klubundan ayrıldı
0
0