"Udineze"də fransalı müdafiəçi
01.10.2024 - 21:33
!["Udineze"də fransalı müdafiəçi](https://ww3.apasport.az/storage/news/2024/october/01/big/66fc33051b75c66fc33051b75d172780416566fc33051b75a66fc33051b75b.webp)
“Udineze” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İtaliya təmsilçisi Umar Soleni rənglərinə bağlayıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb. 24 yaşlı fransalı müdafiəçi "ağ-qaralar"a azad agent kimi keçib.
Onunla 2027-ci ilin iyununa qədər müqavilə imzalanıb. Lakin o, yeni komandasında 2025-ci ilin yanvarından erkən çıxış edə bilməyəcək.
Qeyd edək ki, Solenin son klubu "Zalsburq" olub.
0
0