UEFA-dan İnfantinoya ultimatum
01.08.2026 - 18:14
UEFA-dan İnfantinoya ultimatum

UEFA-nın FİFA prezidenti Canni İnfantinonun istefasını tələb edib.

Apasport.az xəbər verir ki, bu barədə "Telegraph" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, UEFA İnfantinoya könüllü şəkildə istefa verməsi ilə bağlı ultimatum verib. Bildirilir ki, əks halda qurum növbədənkənar səsvermənin keçirilməsinə təşəbbüs göstərəcək.

Xəbərdə qeyd olunur ki, UEFA-ya üzv olan 55 milli assosiasiyanın hamısı 56 yaşlı funksionerin vəzifədən kənarlaşdırılmasının lehinə səs verməyə hazırdır. Prosesin başlanması üçün isə 43 səs kifayət edir.

Məlumata əsasən, UEFA daha əvvəl Canni İnfantinoya etimadını itirdiyini bəyan edib və onun seçkiqabağı vədlərini yerinə yetirmədiyini vurğulayıb.

Qeyd edək ki, son günlər FİFA-nın dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini satmaq planları ilə bağlı xəbərlər geniş müzakirələrə səbəb olub. Bu təşəbbüs iddialara görə idman ictimaiyyəti və UEFA tərəfindən tənqid olunub. Daha sonra İnfantinonun həmin planlardan imtina etdiyi bildirilib.

Xatırladaq ki, Canni İnfantino 2016-cı ildən FİFA prezidenti vəzifəsini icra edir və daha əvvəl gələn ilin martında keçiriləcək seçkidə yenidən namizəd olacağını açıqlamışdı.