UEFA Joze Mourinyonu cəzalandırıb
02.11.2024 - 15:16
UEFA "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
Apasport.az xəbər verir ki, buna səbəb portuqaliyalı mütəxəssisin Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Mançester Yunayted"lə matçda qırmızı vərəqə almasıdır.
Bu səbəblə UEFA İntizam Komitəsi Mourinyoya 1 oyunluq cəza verib. O, Liqa mərhələsinin 4-cü turunda "AZ Alkmaar" ilə oyunda komandasının yanında ola bilməyəcək.
Həmçinin Avropanın ali futbol qurumu "Fənərbaxça"nı 29 min avro cərimələyib. Buna səbəb isə "Mançester Yunayted"lə matçda azarkeşlərin meydana yad əşyalar atması və görüşün gec başlamasıdır.
- Klub avtobusuna bombalı hücüm: Yaralılar var
- Emin Hüseynov: “Qarabağ”ın stadionu cıdır meydançası kimi bərpa olunacaq”
- PFL-dən “Zəfər Günü” süjeti - “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” - VİDEO
- “Milan”dan 125 illiyə özəl retro formalar - FOTO
- Gənclər arasında Azərbaycan birinciliyi start götürdü
0
0