Uqo Lorisə ərəblər üçqat maaş təklifi
18.05.2023 - 12:44
![Uqo Lorisə ərəblər üçqat maaş təklifi](https://ww3.apasport.az/storage/news/2023/may/18/big/6465e59bb289c6465e59bb289d16843995156465e59bb28996465e59bb289b.webp)
“Tottenhem”in qapıçısı Uqo Lorisə təklif göndərən Asiya klubunun adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, “Əl-Hilal” fransalı qolkiperin xidmətində maraqlıdır.
Səudiyyə Ərəbistanı təmsilçisi Lorisə İngiltərə klubunda aldığı maaşın üç mislini təklif edib. 36 yaşlı əlcək sahibi üçqat artıq qazanmaq variantını nəzərdən keçirir.
Qeyd edək ki, 2012-ci ildən “Tottenhem”də çıxış edən Lorisin müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
- Rail Məlikov: "Heç olmasa Estoniyadan xal almalıyıq" - Müsahibə
- Çempionlar Liqası: "Arsenal" və "Atletiko"dan darmadağın, "Siti" yenə xal itirdi - YENİLƏNİB
- "Bayer"in müdafiəçisi: "Bakıda oynamaq asan olmayacaq"
- "Qalatasaray"-"Elfsborq" matçının baş hakimi müəyyənləşib
- “Yuventus”dan 2 milyonluq transfer
0
0