Uzun müddətdən sonra Neymar meydana çıxıb
21.10.2024 - 22:48
![Uzun müddətdən sonra Neymar meydana çıxıb](https://ww3.apasport.az/storage/news/2024/october/21/big/67169e68027ab67169e68027ac172953559267169e680279e67169e68027aa.jpg)
Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymar 1 ildən sonra yaşıl meydanlara qayıdıb.
Apasport.az xəbər verir ki, o, Asiya Çempionlar Liqasının III turunda BƏƏ-nin “Əl-Ayn” kollektivi ilə oyunun 77-ci dəqiqəsində əvəzetmədən meydana daxil olub.
Qarşılaşma "Əl-Hilal" komandasının 5:4 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Neymar 2023-cü ilin oktyabrında Braziliya millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Uruqvayla görüşündə zədələnmişdi.
0
0