“Valensiya” Türkiyə yığmasının futbolçusunu transfer etdi
09.06.2023 - 12:17

“Valensiya” türkiyəli futbolçu Cenk Özkacarı transfer edib.
Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.
22 yaşlı müdafiəçini ötən mövsüm “Lion”dan icarəyə götürən “yarasalar” futbolçunun alınması ilə bağlı bəndi aktivləşdirib. Ötən mövsüm “Valensiya”da 21 oyun keçirən Cenklə yeni müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, müdafiəçi Türkiyə yığmasında 3 matç keçirib.
- Haaland Çempionlar Liqasının tarixinə düşdü
- "Zirə" rəhbərliyi Türkiyə Futbol Federasiyasının prezidenti ilə görüşdü
- “Makkabi”nin baş məşqçisindən “Zirə” ilə oyuna MÜNASİBƏT
- Premyer Liqanı Super Liqaya dəyişə bilər
- Mircavadov Azərbaycan derbisi haqda: “Atmacanın tərəfdarı deyiləm, “Neftçi”nin baş məşqçisi yaxşı deyib”
0
0