"Valensiya"nın futbolçusunda neyromotor pozğunluq
28.09.2023 - 10:31
"Valensiya"nın futbolçusu Xesus Vaskesin xəstəliyinin səbəbi bəlli olub.
Apasport.az saytı xəbər verir ki, 20 yaşlı müdafiəçiyə neyromotor pozğunluq diaqnozu qoyulub.
Bir neçə həftə əvvəl ispan oyunçunun səhhətində problem yaranıb. Vaskesin müalicəyə başlayacağı, həmçinin reabilitasiya keçəcəyi qeyd edilir.
Qeyd edək ki, 2022-ci ilin yayından “Valensiya”da çıxış edən Vaskes bu mövsüm 2 matçda iştirak edib.
- Günün oyununa PROQNOZ: Qonaq komanda uduzmayacaq
- Naqelsmandan 7:1-lik qələbəyə şərh – “Kurasao da futbol oynaya bilir”
- Dünya çempionatının keçirilmə tarixi dəyişdirilib
- Fransa yığmasında ciddi problem
- Estoniya millisinin baş məşqçisi: "Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi"
0
0