İspaniya La Liqasında “Real” - “Vilyarreal” matçından sonra futbolçular arasında insident yaşanıb.
Apasport.az saytı xəbər verir ki, “Kral klubu”ndan Federiko Valverde rəqib oyunçu Aleks Baena ilə əlbəyaxa dava edib.
Buna bir neçə ay bundan əvvəl İspaniya Kral kubokunun oyunundan sonra “Vilyarreal”lının Madrid təmsilçisinin uruqvaylı futbolçusunun ailəsinə qarşı təhqiramiz ifadələr işlətməsi səbəb olub. Bu məsləyə aydınlıq gətirmək istəyən Valverde avtoparkda Baenanın gəlişini gözləyib. Futbolçular arasındakı söhbət sonda dava ilə nəticələnib. Onları komanda yoldaşları güclə ayırıblar.
Qeyd edək ki, La Liqada XXVIII tur “Vilyarreal” “Real”ı 3:2 hesabı ilə məğlub edib.
- Kənan Manafov: "Beynəlxalq oyun təcrübəsi baxımından rəqibdən geri qalırdıq"
- Rauf Hüseynli: "VAR-a baxmaq üçün hakimə müraciət etdik, vecinə almadı"
- MPL: X turun oyun cədvəli bəlli olub
- “Dortmund”un hücumçusu Premyer Liqa klublarının hədəfində
- "Çelsi"də növbəti Droqba-Lempard tandemi formalaşır: Delap-Palmer