PSJ-nin “Qalatasaray”da icarədə olan futbolçusu Mauro İkardi həyat yoldaşı Vanda Nara ilə boşana bilər.
Apasport.az saytının məlumatına görə, son vaxtlar dəfələrlə ayrılıb, sonradan barışan cütlüyün münasibətlərində yenidən gərginlik yaranıb.
Vandanın boşanacaqları halda irəli sürəcəyi tələblər də bəlli olub. O, 90 milyon avro və əmlak tələb edir. Vanda ortaq aktivlərinin və İkardinin karyerasının sonunadək qazanacağı maaşın yarısını da almaq istəyir.
Qeyd edək ki, Mauronun PSJ ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. O, cari mövsümün sonunadək icarə əsasında “Qalatasaray”da oynayacaq.
- Derbi alovu “İnter”i yandırdı: "Milan"la yenə bacarmadı - - Statistika
- Azərbaycanda işləyən mütəxəssis “Şaxtyor”un baş məşqçisi təyin olunub
- Yüksək Liqa: Bürünc mükafatçı müəyyənləşəcək
- Mourinyo göstəriş verdi: "Sevilya"nın hücumçusu "Fənərbaxça" yolunda
- “Qarabağ”, “Neftçi”, "Zirə" və "Beşiktaş"ın oyunları bu kanallarda - AFİŞA