Varan millidən getdi
02.02.2023 - 16:13
Rafael Varan Fransa millisindəki karyerasını başa vurub.
Apasport.az saytının məlumatına görə, müdafiəçi bu addımı 30 yaşında atıb.
“Mançester Yunayted”in futbolçusu bu qərarı bir neçə həftə düşündükdən sonra verib. O, yığmadakı çıxışdan fiziki və psixoloji yorğunluq hiss etdiyi üçün belə addımı zəruri sayıb. DÇ-2022-nin finalında Argentinadan alınan məğlubiyyət də bu qərara təsir edib. Digər səbəb isə müdafiəçinin dizindəki zədədir.
Qeyd edək ki, 2013-cü ildən yığmada oynayan Varan 93 matç keçirib.
- Azərbaycanda BWF-nin "Shuttle Time" layihəsinin yeni mərhələsinə start verilib - FOTO
- Bəhlul Mustafazadə: "Matçın ciddiyətinin fərqindəyik"
- "Old Trafford"da inanılmaz geridönüş - VİDEO İCMAL
- Emreli Xorvatiyada müzakirəyə çıxarıldı: “Bəzən burada olduğunu unuduruq”
- Azərbaycanlı məşqçi İndoneziya millisini çalışdıra bilər - FOTO
0
0