Veteran qolkiper dünyasını dəyişib
13.03.2025 - 20:53
Serbiya yığması və "Partizan"ın keçmiş qapıçısı Radiş İliç dünyasını dəyişib.
Apasport.az xəbər verir ki, bu barədə Serbiya Futbol Federasiyası sosial şəbəkə hesabında paylaşım edib.
Radiş 47 yaşında vəfat edib. Onun ölüm səbəbi ilə bağlı açıqlama verilməyib.
Qeyd edək ki, İliç "Partizan"ın heyətində 3 dəfə Yuqoslaviya, 2 dəfə isə Serbiya çempionu olub. Bundan başqa, o, "Sloboda", "Borats" və OFK klublarının də şərəfini qoruyub.
- "Kəpəz" gətirdi, Azərbaycandan istədilər, Maltaya getdi - ÖZƏL
- I Liqada təyinatlar açıqlandı
- Bəxtiyar Həsənalızadə: "Ara-sıra maaş problemləri olur, gecikmələr də var" - Müsahibə
- Avropa birinciliyi: Bir boksçumuz finalda, daha ikisi yarımfinalda
- Françesko Farioli: “Qarabağ” güclü rəqibdir, bir çox titulları var"
0
0