Vidal "Kolo-Kolo"da
23.01.2024 - 14:16
Arturo Vidal vətəninə qayıdıb.
Apasport.az xəbər verir ki, Çili millisinin yarımmüdafiəçisi "Kolo-Kolo"ya keçib.
36 yaşlı futbolçunun müqavilə şərtləri barədə məlumat verilməyib. Vaxtilə “Bayer, “Bavariya”, “Yuventus”, “İnter” və “Barselona” kimi top-klublarda çıxış etmiş Vidalın son komandası Braziliya "Atletiko Paranaense"si idi.
Qeyd edək ki, keçidlə bağlı açıqlama verən veteran futbolçu peşəkar futbola başladığı “Kolo-Kolo”ya qayıtdığı üçün xoşbəxt olduğunu, bu komandada karyerasını bitirməyi hədəflədiyini bildirib.
- Fatih Terim Səudiyyə Ərəbistanı klubundan ayrılmaq istəyir
- “Qarabağ”ın Finlandiyaya gedəcəyi vaxt açıqlandı
- Avropa Oyunları: Boksçumuz finala yüksəldi və Paris-2024-ə lisenziya qazandı - FOTOLENT
- Kubok oyununda məğlub olan Ronaldo gözyaşlarını saxlaya bilmədi - VİDEO
- Azərbaycan çempionatı: 4 oyunda 34 qol vurulub
0
0