"Vilyarreal"ın yeni baş məşqçisi bəlli oldu
01.06.2026 - 20:15
"Vilyarreal"ın yeni baş məşqçisi bəlli oldu

"Vilyarreal"ın yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, İspaniya təmsilçisini İniqo Peres çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı mütəxəssislə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Peres son olaraq "Rayo Valyekano"nu çalışdırıb. Komanda onun rəhbərliyi altında 2025/26 mövsümündə Konfrans Liqasının finalında iştirak edib.